05 noyabr 2010, 11:43

Samir Mahmudovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, 

Bu məktubu ürəyimdəm gələn sözləri və fikirləri Sizinlə bölüşmək istədiyim üçün yazdım. Mən həyatım boyu heç bir zaman dayanıb keçmişimə baxmamışam. Ali təhsilimi bitirdikdən sonra hərbi xidmətimə getmişəm. 2002-ci il ildən etibarən işləməyə başlamışam. Bir neçə şirkətdə, bir çox kollektivdə çalışmışam. Sabah mənim 30 yaşım olacaq. Bilmirəm, bu səbəbdəndi, yoxsa nədəndi, bir anlıq keçdiyim qısa həyat yoluna nəzər saldım və anladım ki, mən bir çox şeyə nail olmuşam. Çalışmışam bütün çətinliklərin öhdəsindən layiqincə gəlim. Ölkənin iqtisadi cəhətdən güclənməsindən, Sizin sahibkarlara göstərdiyiniz qayğının və atdığınız müsbət addımların nəticəsindən biz - Azərbaycan vətəndaşları bəhrələnirik. 

İKT sektorunu prioritet sahə elan etdiyiniz zamandan mən bu sahədə çalışıram. Menecer vəzifəsində çalışan bir insan kimi İKT sektorunun Azərbaycanda gündən-günə inkişafının şahidiyəm. Bir Azərbaycan vətəndaşı olaraq, Sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Bizim üçün, yəni Azərbaycan vətəndaşları üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və yaxınlarınızı qorusun. Hər zaman Sizi dəstəkləyirik. 

Hörmətlə,

Samir Qabil oğlu Mahmudov 

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu,
Mir Cəlal Paşayev küçəsi, ev 56, mənzil 56