İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

14 noyabr 2013, 22:15
İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdi İbrahim Absiehin etimadnaməsini qəbul etmişdir.

Səfir Abdi İbrahim Absieh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Abdi İbrahim Absieh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Diplomat Abdi İbrahim Absieh Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photo