2008-ci il oktyabrın 10-da Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərt ilə imzalanmış “Dövlət tərəfindən mühafizə olunmalı şəxslərin təhlükəsizliyinin təmin edilməsi sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 noyabr 2010, 20:17

1. 2008-ci il oktyabrın 10-da Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərt ilə imzalanmış “Dövlət tərəfindən mühafizə olunmalı şəxslərin təhlükəsizliyinin təmin edilməsi sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş” təsdiq edilsin. 

2. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin. 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il.