06 may 2014, 15:35

Azər Zeynalovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Hər il olduğu kimi, bu il də məni və ölkəmizin bir çox sənət adamlarını Prezident mükafatı ilə təltif etdiyinizə görə Sizə şəxsən öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm. Göstərdiyiniz diqqət və qayğı biz sənət adamları üçün həm maddi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Sizin bu xeyirxahlığınız sənət adamlarına stimul verməklə ədəbiyyatımızda, incəsənətimizdə, bir sözlə ölkəmizin mədəniyyət aləmində yeni yaradıcılıq nümunələrinin meydana gəlməsinə şərait yaradır.

Möhtərəm Prezident, göstərdiyiniz etimadı doğrultmaq hər birimizin mənəvi borcudur. Bir daha Sizə təşəkkür edir, sonsuz ehtiramımı bildirirəm.

Dərin hörmətlə,

Zeynalov Azər, professor, Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.