Panama Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Xuan Karlos Varela Rodrigesə

14 may 2014, 18:50

Zati-aliləri,

Panama Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Panama arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Panama xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 may 2014-cü il.