Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya

19 may 2014, 18:10

Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm. 

Ümidvaram ki, Azərbaycan-Kamerun münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 may 2014-cü il.