Cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Rumıniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və tərəqqi arzularımı ifadə etməkdən böyük şərəf hissi duyuram.
Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsini fəal şəkildə dəstəkləyir. Eyni zamanda, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı vasitəsilə davamlı olaraq inkişaf etmiş dostluq əlaqələri ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafı üçün mövcud potensialdan tam istifadəyə əsas yaradır.
Əminəm ki, biz Rumıniya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşdirilməsinə birlikdə nail olacağıq. Mən böyük məmnuniyyətlə Sizi bu il Rumıniyaya səfərə dəvət etdiyimi bir daha diqqətinizə çatdırıram.
Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Trayan Besesku
Rumıniyanın Prezidenti