02 iyun 2014, 14:05

Təbriz Mustafayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Vətənini, millətini, dövlətini sevən insanlar adından Sizə dərin minnətdarlığımızı çatdırırıq. Mən tarixi sevən, tarixlə maraqlanan insanam. Tariximizin hər səhifəsini oxuduqca Azərbaycanın bugünkü müstəqilliyini, xalqımızın firavan həyatını ulu öndər Heydər Əliyevə və Sizə borclu olduğumuzu daha yaxşı anlayırıq. Bu gün dünyada müharibələrin, qarışıqlıqların cərəyan etdiyi bir dövrdə Azərbaycanımızı sabit inkişaf edən demokratik ölkəyə çevirdiyiniz üçün Sizə minnətdarıq.

Möhtərəm Prezident, ümid edirik ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız daha sürətlə inkişaf edəcək, xalqımız daha demokratik, daha gözəl bir ölkədə yaşayacaqdır. Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Mustafayev Təbriz.
Azərbaycan Respublikası, Bakı şəhəri.