02 iyun 2014, 14:15

Anar Cəfərovdan, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün bütün neftçalalılar Sizin rayonumuza tarixi səfərinizin təəssüratı ilə yaşayırlar. Sizin rəhbərliyiniz altında bütün bölgələrimiz kimi Neftçala rayonu da yenidən qurulur, böyüyür, gözəlləşir. Rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri, yeni yolların çəkilməsi, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, Kür çayı sahilində yeni bulvarın istifadəyə verilməsi, möhtəşəm Heydər Əliyev Mərkəzinin inşasının başa çatdırılması əhali tərəfindən böyük sevinclə qarşılanır. Olimpiya İdman Kompleksinin tikintisinə başlanması isə gənc idmançılarımıza böyük töhfədir.

Möhtərəm cənab Prezident, Sizin Neftçalanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında Sərəncamınız rayonumuzun daha sürətli inkişaf etməsinə təkan verəcəkdir. Bu iftixar və fərəh dolu anları biz neftçalalılara bəxş etdiyiniz üçün Sizə hədsiz minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Cəfərov Anar.
Azərbaycan Respublikası, Neftçala rayonu.