Azərbaycan gənclərinin VII forumunun iştirakçılarına

02 iyun 2014, 18:15

Hörmətli forum nümayəndələri!

Sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini səmimi qəlbdən salamlayır, növbəti ali toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk gənclər forumu ölkəmizin həyatında dərin iz buraxmışdır. Həmin mötəbər toplantıdan sonra paytaxt və regionlarda gənclərlə aparılan iş nəzərəçarpacaq dərəcədə canlanmış, böyüməkdə olan nəslin problemlərinə diqqət xeyli artmışdır.

Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir.

Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin qorunmasına və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssis və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inadla çalışmalıdırlar.

Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə xalqımızın zəngin mədəniyyətinin və dilinin, adət-ənənələrinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanması müstəsna əhəmiyyət kəsb edir. Hesab edirəm ki, forumda bu məsələ ətrafında da ciddi fikir mübadiləsi aparılacaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda və azərbaycançılıq məfkurəsi əsasında tərbiyəsinə xüsusi diqqət yetiriləcəkdir.

Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq, gənclərin intellektual və fiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr həyata keçirirlər.

Ümid edirəm ki, forumda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qarşıdakı dövr üçün gənclər siyasətinin prioritetlərinin müəyyənləşməsinə əhəmiyyətli töhfə verəcəkdir. Ali toplantınızın işinə uğurlar, hər birinizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2014-cü il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10