24 iyun 2014, 12:10

Əlizadə Kərimov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə respublikamızda geniş abadlıq-quruculuq işləri aparılır. Sizin ucqar kəndlərdə yaşayan sadə, zəhmətkeş insanlara da qayğıkeş münasibət göstərirsiniz. Ötən il 30 min nəfər əhalinin istifadə etdiyi Noda-Şingədulan-Xanagah yolunun tikintisi ilə bağlı verdiyiniz Sərəncam bunun bariz nümunəsi idi. Biz ağsaqqallar həmin yoldan istifadə edərkən xeyli əziyyət çəkirdik. Sizin Sərəncamınız hər birimizin qəlbinə sevinc bəxş etdi. Artıq yolda tikinti işlərinə başlanılmış, havaların istiləşməsi ilə bu işlər daha da sürətləndirilmişdir. Müasir standartlara uyğun tikilən bu yol rayonumuzun iqtisadiyyatına böyük təkan verəcəkdir.

Möhtərəm Prezident! Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Dərin hörmətlə,
Kərimov Əlizadə Müseyib oğlu
Əliyev Şahin Bəhrəm oğlu
Kərimov Ələkbər Müseyib oğlu
Şahbazov Abidin Gülbala oğlu
Əliyev Mirzəkişi Cankişi oğlu və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu, Molalan kəndi.