Burundi Respublikasının Prezidenti Zati-aliləri cənab Pyer Nkurunzizaya

30 iyun 2014, 18:27

Hörmətli cənab Prezident,

Burundi Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Burundi xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyun 2014-cü il.