İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

22 avqust 2014, 14:10
İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirildi, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olundu.

Görüşdə, həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə etdiyi iqtisadi uğurlar nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10