İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib

19 sentyabr 2014, 11:40
İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib.

Görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olundu, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulandı, idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.