04 oktyabr 2014, 17:30

Vüqar Həsənov və başqalarından, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Uzun müddət həsrətində olduğumuz arzular bu gün Sizin böyük əməyiniz və fədakarlığınız sayəsində reallığa çevrilir. Yardımlı rayonunun ən ucqar dağ kəndlərindən olan Perimbelə asfalt yolun çəkilməsi bizim üçün böyük sevincdir.

Möhtərəm Prezident! Sizin gördüyünüz işlər, həyata keçirdiyiniz iri layihələr və qazandığınız uğurlar “Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm” deyən ulu öndər Heydər Əliyevin ruhuna böyük ehtiramdır. Tanrı hər zaman köməyiniz olsun!

Səhiyyə, bələdiyyə işçiləri və Qadınlar Şurasının üzvləri adından dərin hörmətlə,
Həsənov Vüqar

Ə. Fəxrəddin
Q.Zəkiyyə və başqaları.
Azərbaycan Respublikası, Yardımlı rayonu.