İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

21 oktyabr 2014, 14:15
İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo