İlham Əliyev Koreyanın Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

27 noyabr 2014, 14:00
İlham Əliyev Koreyanın Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda salamlamağıma şadam. Ölkəmizə xoş gəlmisiniz. Mən əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edirlər. Həmçinin əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və faydalı olacaq. Bir daha xoş gəlmisiniz.

X X X

Koreyanın Baş naziri Çanq HONQVON dedi:


- Cənab Prezident, mən də bu səfərimizə böyük önəm verirəm. Çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Cənab Prezident, mən Sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail olursunuz.

Cənab Prezident, Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq bizim münasibətlərimiz sürətlə inkişaf edir.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10