01 dekabr 2014, 14:00

V.B.Təhməzovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz öz fəaliyyətinizlə, qayğıkeş münasibətinizlə ölkəmizin hər bir vətəndaşının Prezidenti olduğunuzu daim sübut edirsiniz. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bunun nəticəsidir ki, hər hansı problemimiz yarandığı zaman onun tezliklə aradan qaldırılacağına dərindən inanırıq. Məni narahat edən problemlərdən biri də bu yaxınlarda öz həllini tapdı.

Möhtərəm Prezident, mənzilimin müasir tələblər səviyyəsində əsaslı təmir edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirir, “Çox sağ olun” deyirəm. Allah Sizi qorusun!

Hörmətlə,

Təhməzov V.B,

II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Şirvan şəhəri.