24 dekabr 2014, 14:31

Qədulla Səfərovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident!

Dekabrın 17-də “Qarabağ” futbol komandasını qəbul etməklə onlara göstərdiyiniz diqqət və qayğıya, son dərəcədə səmimi və dərin məzmunlu çıxışınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

“Qarabağ”ın Avropadakı uğurlu çıxışı ölkəmizdə futbolun inkişafda olduğunu göstərir və biz yaxın zamanlarda bu idman növündə daha böyük uğurlara sevinəcəyimizə inanırıq. Bu, eyni zamanda, futbola göstərilən dövlət qayğısının məntiqi nəticəsidir və Sizin Sərəncamınızla təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın uğurla icra olunduğuna dəlalət edir.

Hörmətli cənab Prezident, bu uğurlara və qələbələrə görə ilk növbədə, Sizə “çox sağ olun!” deyir, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Səfərov Qədulla.
Azərbaycan Respublikası, Ağdam rayonu.