24 dekabr 2014, 16:45

Sürəyya Süleymanova və başqalarından, Kəlbəcər, Azərbaycan

Hörmətli cənab Prezident!

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması hər zaman Sizin diqqətinizdədir. Biz Gəncə şəhərinin Gülüstan qəsəbəsində AKTA-6 adlanan ərazidə məskunlaşmışıq. Yaşadığımız ərazi zəruri kommunal xidmətlərlə tam təchiz edilib. Vaxtaşırı ortaya çıxan problemlərimizin həlli üçün müvafiq tədbirlər görülür.

Hörmətli cənab Prezident, Allah Sizi xalqımıza çox görməsin, ömrünüzü uzun etsin! Sizin rəhbərliyinizlə doğma torpaqlarımızı tezliklə yağı düşməndən azad edəcəyimizə qəlbən inanırıq. Gördüyünüz bütün işlərə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı çatdırırıq. Ulu Tanrı Sizi və ailənizi qorusun, hər zaman köməyiniz olsun!

Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Süleymanova Sürəyya Məhəmməd qızı

Həsənov Eyvaz Allahverdi oğlu
İsmayılov Anar Ələkbər oğlu
Fərzəliyev İmamverdi Rza oğlu.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.