Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olmuşdur

13 yanvar 2011, 19:41
Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olmuşdur

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Sədri Joze Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzaladılar.

“Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu”nu, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” nu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzaladılar.

gallery-photogallery-photo