İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarının din xadimlərini qəbul edib

26 dekabr 2014, 17:00
İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarının din xadimlərini qəbul edib

Prezident İlham Əliyev Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açılışında iştiraklarına görə təşəkkür etdi və bunu xalqlarımız arasında dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirdi. Belə tədbirlərin Qafqaz müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdığını və regionda sülhə və sabitliyə xidmət etdiyini deyən dövlətimizin başçısı qonaqların təmsil etdikləri Şimali Qafqaz respublikalarında gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı. Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev tarix boyu xalqımızın öz dini–mənəvi dəyərlərinə sadiq qaldığını vurğuladı. Prezident İlham Əliyev dinin azad olduğu müasir dövrdə mövcud olan təhlükənin – müəyyən dairələrin gəncləri öz tarixi köklərindən ayırmaq cəhdlərinin olduğunu söylədi və bu prosesin qarşısının alınmasında, eləcə də gənc nəslin milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında dini liderlərin rolundan, həmçinin dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı qonaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni məscidin açılışında iştiraka dəvətə görə minnətdarlığını bildirdi. Qonaq Heydər məscidinin çox gözəl tikildiyini və öz əzəməti ilə ulu öndər Heydər Əliyevin adına layiq olduğunu söylədi. İsmayıl Berdiyev qeyd etdi ki, Azərbaycanda belə bir möhtəşəm məbədin istifadəyə verilməsi Heydər Əliyev müdrikliyini yaşadan Prezident İlham Əliyevin xidmətləri sayəsində mümkün olub. Belə məscidlərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün Tanrıya dua etdiklərini və dualar zamanı işğal altındakı Qarabağ torpağını unutmadıqlarını bildirən İsmayıl Berdiyev, bu məsələnin tezliklə həllini tapacağına əminliyini ifadə etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04