İlham Əliyev Riqada “Azadlıq” abidəsini ziyarət etmişdir

17 yanvar 2011, 17:00
İlham Əliyev Riqada “Azadlıq” abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Riqa şəhərində “Azadlıq” abidəsinin ucaldıldığı mərkəzi meydana gəldilər.

Meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və xanımı abidənin önünə gül qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın dövlət başçısına məlumat verdi ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılmışdır. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilmişdi. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunmuşdu. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Keçən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Riqanın qocaman sakini ilə söhbət etdi, xatirə şəkli çəkdirdi.

Dövlət başçısına abidənin yerləşdiyi meydanın ətrafında aparılmış abadlıq işləri barədə də məlumat verildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo