10 fevral 2015, 12:50

Ziya Əliyevdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizə müraciətimin əsas səbəbi Sizin erməni jurnalistin sualına verdiyiniz cavabla bağlıdır. Sizin tutarlı cavablarınızla erməni jurnalistləri yerinə oturtmağınız, bütün dünya ölkələrinə Azərbaycanın ərazi bütövlüyünü qoruması və əsla öz tarixi torpaqlarını güzəştə getməyəcəyi barədə mesajınız məni və dostlarımı qürurlandırdı.

Mən fəxr edirəm ki, Sizin kimi müdrik, uzaqgörən Prezidentimiz var. Allah Sizi bizlərə bəxş edən ulu öndər Heydər Əliyevin ruhunu şad etsin! Çox sağ olun, Allah Sizi qorusun!

Hörmətlə,

Əliyev Ziya Fəxrəddin oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.