22 yanvar 2011, 13:15

Şahlar Həsənovdan, Bakı, Azərbaycan

Cənab Prezident!

İlk öncə Sizə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar başsağlığı verir və şəhidlərimizə rəhmət diləyirəm.

Belə bir hüznlü gündə şəhidlərimizlə eyni bir amal uğrunda sağlamlıqlarını qismən itirmiş soydaşlarımızın sosial təminatının yaxşılaşdırılması haqqında imzaladığınız Fərman bizim üçün ikiqat dəyərlidir. Buna görə Sizə 20 yanvar əlilləri və həmçinin öz adımdan təşəkkür edirəm. Vətənimizin inkişafı naminə fəaliyyətinizdə və yürütdüyünüz siyasətdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

“20 Yanvar” cəmiyyəti idarə heyyətinin üzvü Ş.Həsənov.

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti-163, mən.60.