14:08
İlham Əliyev Venesuelanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
28 mart 2015, 19:10
Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın etimadnaməsini qəbul edib.
Səfir Amenothep Zambrano Kontreras fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Amenothep Zambrano Kontreras etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün investisiya və birgə fəaliyyətlə bağlı müxtəlif layihələrin önəmini vurğulayaraq bu istiqamətdə səfirin uğurlu iş aparacağına ümidvar olduğunu dedi.
Səfir Amenothep Zambrano Kontreras Venesuela Prezidenti Nikolas Maduronun beynəlxalq təşkilatlarda Azərbaycanın ölkəsinə verdiyi dəstəklə bağlı minnətdarlığını Prezident İlham Əliyevə çatdırdı. Səfir paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda, mədəniyyət və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğuladı.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55