25 aprel 2015, 12:40

Arif Əliyevdən, Oğuz, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Respublikaya rəhbərliyiniz dövründə həyata keçirdiyiniz uğurlu siyasətin nəticələri hər bir azərbaycanlı ailəsinin həyatında hiss olunur. Ölkəmiz gündən-günə çiçəklənir. İnsan amilinə verdiyiniz yüksək dəyər hər birimizi sevindirir.

Bu siyasətin uğurlarını rayonumuzun ümumi mənzərəsində də görmək mümkündür. Demək olar ki, Oğuz regionun ən qabaqcıl və inkişaf etmiş rayonlarından birinə çevrilib. Kəndlərarası yolların təmir və tikintisindən də razıyıq. Bu yaxınlarda Top və Zərrab kəndlərində avtomobil yolları qısa zaman kəsiyində təmir edildi.

Möhtərəm Prezident, göstərdiyiniz qayğıya görə Sizə kəndimizin mindən artıq sakini adından təşəkkürümüzü bildiririk. Qoy ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Əliyev Arif İsmayıl oğlu.

Azərbaycan Respublikası, Oğuz rayonu, Zərrab kəndi.