27 aprel 2015, 14:40

Zaur İbrahimovdan, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyevin ideyaları üzərində qurulmuş Azərbaycan Respublikası hazırda Sizin rəhbərliyiniz altında sürətlə inkişaf edərək dünyanın aparıcı dövlətləri sırasına daxil olmuşdur. Paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonlarımızda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi və bununla əlaqədar aparılan böyük hazırlıq işləri Azərbaycan dövlətinin qüdrətinin və gücünün bariz nümunəsidir.

Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dövlətimizə məhz Sizin kimi müdrik və uzaqgörən Prezident rəhbərlik edir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, xarici siyasətdə əldə edilən böyük uğurlar, dünyanın inkişaf etmiş ölkələri ilə siyasi, iqtisadi, ticari və mədəni əlaqələrin sıx şəkildə qurulması çox şeydən xəbər verir. Əhalinin sosial rifah halının yüksəlməsi, maddi vəziyyətinin xeyli yaxşılaşması dövlətin öz xalqına sədaqətlə xidmət etməsinin nəticəsidir. Bir sözlə, bu gün Azərbaycan yeni intibah dövrünü yaşayır.

Hörmətli cənab Prezident, Siz zəngin tarixi, keçmişi və qədim mədəni kökləri olan Azərbaycan xalqının ədalətli seçimisiniz. Siz öz fəaliyyətinizlə Azərbaycan xalqının etimadını qazanmış və bu etimadı layiqincə doğrultmusunuz. Azərbaycan xalqı onu da bilir ki, vətənimizin işğal altında olan dilbər guşəsi, dədə-baba yurdumuz Qarabağ Sizin möhkəm iradəniz və uzaqgörən siyasətiniz sayəsində tezliklə işğaldan azad ediləcək. Üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda və digər torpaqlarımızda yüksələcək. Daxili və xarici bədxahların, eyni zamanda, erməni faşist təbliğatının təsiri altına düşmüş bəzi qüvvələrin ölkəmizin mütərəqqi və davamlı inkişafına qarşı apardıqları kampaniyalar hər zaman iflasa uğrayır. Azərbaycan xalqının gələcəyə doğru yeganə yolu Heydər Əliyev yoludur. Yeganə və şəriksiz liderimiz İlham Heydər oğlu Əliyevdir.

Hörmətlə,

İbrahimov Zaur.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.