28 aprel 2015, 20:00

Nəriman Əliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı 2015-ci il 14 aprel tarixli Sərəncamınız bizə xoş ovqat bəxş etdi.

Həmin avtomobil yolu 9 yaşayış məntəqəsini birləşdirir ki, onlar arasında bizim doğma Tütəpeştə kəndi də var.

Əziz Prezidentimiz, bu Sərəncamınıza görə kəndimizin bütün sakinləri Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Tütəpeştə kəndinin sakinləri adından dərin hörmətlə,

Əliyev Nəriman Dadaş oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri, Tütəpeştə kəndi.