29 aprel 2015, 14:00

Hüseyn Hüseynovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin aprel ayının 11-də Lənkərana səfəriniz bizi olduqca çox sevindirdi. Yeni tikilmiş obyektlərin açılışı, gənclərimizin işlə təmin olunmaları çox qürurvericidir. Rayonun təmirə ehtiyacı kəndlərarası yollarının asfaltlaşdırılması üçün verdiyiniz tapşırıqlara görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, bir daha bildirmək istəyirəm ki, biz Sizinlə fəxr edirik. Hazırda millətimizin, xüsusilə gənclərin işlə təminatının və sosial rifahının yaxşılaşdırılması, müstəqil dövlətimizin regionda və dünyada qüdrətinin daha da artırılması naminə uğurlu fəaliyyətinizi səmimi qəlbdən alqışlayırıq. Bu çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər və uğurlar arzulayırıq.

Allah Sizə uzun ömür nəsib etsin.

Hörmətlə,

Hüseynov Hüseyn Əliniyaz oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.