29 aprel 2015, 14:15

Sərxan Mirzəyevdən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işlər Saatlı rayonundan da yan keçməyib. Rayonumuzun gündən-günə gözəlləşməsi və müasirləşməsi buna əyani sübutdur.

Kənd zəhmətkeşləri dövlət tərəfindən mineral gübrələrin, sürtük yağlarının verilməsindən, istismar müddəti başa çatmış və istismar müddəti keçmiş orta məktəb binalarının yerində müasir, Avropa standartlarına uyğun yeni məktəblərin tikilməsindən çox razıdırlar. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şahmat məktəbi, idman kompleksi tikilərək onların ixtiyarına verilmişdir. Ağsaqqallar da yeni salınmış parklardan səmərəli istifadə edirlər.

Möhtərəm Prezident, rayonumuzun inkişafına göstərdiyiniz diqqətə və ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinə görə Sizə təşəkkürümü bildirir, həyatda ən gözəl nemət olan cansağlığı arzulayıram.

Hörmətlə,

Mirzəyev Sərxan Müseyib oğlu,
I qrup əlil.

Azərbaycan Respublikası, Saatlı rayonu, Qaralar kəndi.