18 may 2015, 15:40

Lətif Qənbərov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz ilə ölkəmiz dinamik inkişaf edir. Azərbaycanın regionlarına xüsusi qayğı ilə yanaşılır. Buna misal olaraq, bizim kəndimizi – Yeni Uluxanlını göstərə bilərik. Sizin tapşırıqlarınız nəticəsində bizim - kənd sakinlərinin təbii qaz həsrətinə son qoyuldu. Hazırda kəndimizdə qazlaşdırma işləri aparılır. Kənd sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Artıq, bizim də evlərimizdə təbii qaz yanacaq.

Möhtərəm Prezident,

Sizə bildirmək istəyirik ki, Yeni Uluxanlı sakinləri bu qayğınızı heç vaxt unutmayacaqlar. Sizə və ailənizə cansağlığı, müqəddəs işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qənbərov Lətif İsbəndiyar oğlu,
Müslümova Rüxsarə Maqsud qızı,
Süleymanov Azər Məhərrəm oğlu,
Hüseynova Rəfiqə Hüseyn qızı və başqaları - cəmi 25 nəfər.

Azərbaycan Respublikası, Salyan rayonu, Yeni Uluxanlı kəndi.