18 may 2015, 18:00

Ülfət Əliyevdən, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident, 

Mən bir naftalanlı kimi Avropa Oyunlarının məşəlinin Naftalan şəhərindən də keçməsinə çox sevindim. Çünki bu, ölkəmizin qüdrətinin göstəricisi və idmanla məşğul olmağa bir çağırışdır. Məşəl estafetinin gözəl anları ölkəmizin və eyni zamanda, şəhərimizin gözəlliklərini bütün dünyaya göstərdi. Hətta buraya müalicəyə gələn turistlər də insanlarımızın bu cür xoşbəxt, firavan yaşayışına heyranlıqlarını gizlədə bilmirlər. Buna sevinmək, belə bir gözəl ölkədə yaşadığımıza görə yalnız qürur duymaq olar.

Bu gözəl tarixi anları bizə, bütün Azərbaycan xalqına bəxş etdiyiniz üçün cənab Prezident, Sizə və “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ən yaddaqalan tarixi hadisələrdəndir. Bu, Azərbaycanın uğurudur.

Cənab Prezident, biz gənclər ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanda yaşamağımızla qürur duyuruq. Hər zaman gənclərə bütün sahələrdə geniş imkanlar yaradılır. Bu, Sizin siyasətinizin ayrılmaz hissəsidir.

Möhtərəm Prezidentimiz, biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun! Amin!

Hörmətlə,

Əliyev Ülfət Fazil oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.