Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerdan

22 may 2015, 17:00

Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına isə daha firavan həyat arzularımı çatdırıram.

Hörmətlə,

Haynts Fişer
Avstriya Respublikasının Federal Prezidenti