İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

04 iyun 2015, 11:30
İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib.

Səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xuan Rodrigo Labardini Flores etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo