Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna

08 iyun 2015, 14:00

Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.

Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 iyun 2015-ci il.