İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

27 iyun 2015, 15:25
İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

Prezident İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

Sosialist İnternasionalının baş katibi Luis Ayala ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğuladı. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd etdi.

Dövlət başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqların iştirakının əhəmiyyətini vurğuladı.

Görüşdə birinci Avropa Oyunlarının xalqlar arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu, Azərbaycan-Sosialist İnternasionalı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo