10 iyul 2015, 17:50

Oruc Mehdiyev və başqalarından, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Tovuza, xüsusilə bizim bölgəyə böyük diqqət və qayğı göstərmişdir. Belə ki, Tovuzu Ceyrangölə birləşdirən Kür çayı üzərində körpü, əkin sahələrinin suvarılması üçün üçpilləli nasos stansiyasının qurulması, kəndlərimizin içməli su ilə təminatı, böyük üzüm emalı müəssisəsinin yaradılması Ümummilli Liderin adı ilə bağlıdır. Bu gün rayonumuzda yol infrastrukturunun yenidən qurulması Ulu Öndərin uzaqgörən siyasətinin davamı kimi bütün tovuzlular tərəfindən yüksək qiymətləndirilir. 

Hörmətli cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət hər birimizin ürəyincədir. 

Sizin Tovuz-Hunanlar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınız hər bizimizi ürəkdən sevindirdi. Artıq yolun böyük bir qismində tikinti işlər uğurla başa çatdırılıb. Yolların çəkilməsi əhalinin rifah halının yüksəlməsinə mühüm töhfə verir və bu, hər bir sakin tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanır. 

Çox hörmətli Prezident, bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın çiçəklənməsi naminə gördüyünüz işlərdə daha böyük uğurlar diləyirik. 

Dərin hörmətlə, 

Mehdiyev Oruc Şəmil oğlu

Pənahova Flora Müzəffər qızı

Rüstəmov Cabir Təyyar oğlu

Quliyev Arif Yunis oğlu. 

Azərbaycan Respublikası, Tovuz rayonu, Xatınlı kəndi.