15 fevral 2011, 11:20

Anar Cabbarovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

İş adamlarına yaratdığınız əlverişli şərait və imkana görə əvvəlcədən Sizə təşəkkürümü bildirirəm. Sizin yürütdüyünüz siyasəti və korrupsiyaya qarşı mübarizəni bir iş adamı kimi dəstəkləyirəm. Mən fəxr edirəm ki, belə bir ölkənin vətəndaşıyam. Mən Azerfon MMC-nin distribüteri vəzifəsində çalışıram.

İş adamlarına göstərdiyiniz diqqət və qayğıya görə bir azərbaycanlı kimi Sizə öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,
Cabbarov Anar Camal oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri,
6-cı mikrorayon, ev 11, mənzil 108