16 iyul 2015, 12:00

Orxan Quliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Sizin Nazirlər Kabinetinin iclasındakı nitqiniz hər bir vətəndaş kimi məni də hədsiz qürurlandırdı və sevindirdi. Bir daha güclü və firavan Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr etdim. Sizin söylədiyiniz hər bir fikrin dərin mənası və məntiqi əsası vardır. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir, Sizi dəstəkləyir. Sizə bildirmək istəyirəm ki, artıq 10 milyon əsgəriniz var. Çünki hamı bir nəfər kimi Sizin döyüş əmrinizi gözləyir. Bəzən biz ətrafımızda gedən böyük quruculuq işlərinin fərqinə varmırıq. Çünki bu işlər o qədər çoxdur ki, düşünürük ki, belə də olmalıdır. Ancaq Sizin nitqinizi dinləyəndən sonra atamla birlikdə Azərbaycanı dünya ölkələri ilə müqayisə etdik və Vətənimizin nə qədər sürətlə inkişaf etdiyini gördük. Allah Azərbaycanımızı və Sizi qorusun!

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram. 

Hörmətlə, 

Quliyev Orxan Sərdar oğlu

Azərbaycan Respublikası Sumqayıt şəhəri