22 iyul 2015, 13:00

Ruslan Cəfərovdan, Nijni Novqorod, Rusiya

Hörmətli cənab Prezident!

Rusiyada yaşamağıma baxmayaraq, qəlbim daim Azərbaycanla döyünür. Son illərdə ölkəmizin qazandığı nailiyyətlər məni hədsiz dərəcədə sevindirir.

Hörmətli cənab Prezident, Siz Ulu Öndərimizin müdrik siyasətini davam etdirərək Azərbaycanı sürətli tərəqqi yoluna çıxarmısınız. Mən Sizin gördüyünüz işlərdən qürur duyuram. Dövlətini, xalqını sevən hər bir soydaşımız Sizinlə fəxr etməlidir. Sizin sayənizdə artıq biz bir millət, bir dövlət kimi formalaşmışıq.

Möhtərəm Prezident, Sizə təşəkkür edir, həyatda ən gözəl nemət olan cansağlığı arzulayıram. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Cəfərov Ruslan.

Rusiya Federasiyası, Nijni Novqorod şəhəri.