İlham Əliyev Cəlilabadda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

11 avqust 2015, 14:30
İlham Əliyev Cəlilabadda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Bu gün respublikamızın bütün bölgələrində ulu öndər Heydər Əliyevin zəngin irsini, xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədilə Ümummilli Liderin adını daşıyan muzeylər və mərkəzlər istifadəyə verilir. Bu baxımdan Cəlilabadda yaradılan Heydər Əliyev Mərkəzinin də xüsusi əhəmiyyəti var. Orijinal üslubda inşa edilən Mərkəz həm də rayonun görkəminə əlavə çalarlar qatır. Bu Mərkəz ilk növbədə, rayon sakinlərinin Ulu Öndərin xatirəsinə dərin ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır, xalqımızın böyük oğlunun Azərbaycan naminə gördüyü işləri gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Buradakı fotolar və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması, respublikamızda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və təbliği məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Müasir dövlətin möhkəm təməl və milli dəyərlər üzərində qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Bu cür çoxfunksiyalı mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inşasına 2014-cü ildə başlanılan Mərkəzin ümumi sahəsi 8800 kvadratmetrdir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey yaradılıb. Muzeydə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr və Cəlilabada səfərləri əks olunub. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə Cəlilabad rayonuna etdiyi səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Bu fotolar bir daha onu göstərir ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu Mərkəzin çox böyük əhəmiyyəti var.

Mərkəzdə, həmçinin 110 kvadratmetr sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var. Burada məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.

Bu Mərkəzin istifadəyə verilməsi ilk növbədə, Ulu Öndərin zəngin irsini, onun dərin dövlətçilik ənənələrini öyrənməyə imkan verəcək. Bundan başqa, Cəlilabaddakı Heydər Əliyev Mərkəzi həm də rayon sakinlərinə asudə vaxtlarını səmərəli keçirmək üçün hərtərəfli imkanlar verir. Mərkəzin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, dekorativ gül və bəzək kolları, ağaclar əkilib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Heydər Əliyev Seyrəngahına gəldi, burada görülmüş yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısı seyrəngahda istirahət edən rayon sakinləri ilə görüşüb söhbət etdi.

SAKİNLƏR: Cənab Prezident, Cəlilabada xoş gəlmisiniz. Allah Sizə uzun ömür, cansağlığı versin. Azərbaycan xalqı Heydər Əliyev ailəsinə həmişə borcludur. Hər şey gözəldir. Çox sağ olun.

Ulu Öndərimiz 1969-cu ildə hakimiyyətə gələndən sonra bizim rayonumuz çiçəkləndi, qüdrətləndi. Allah Sizin ailənizin, Əliyevlər ailəsinin canını sağ etsin. Allah Sizi heç vaxt elimizdən, obamızdan əksik etməsin, gələcək günlərinizi xeyirli, uğurlu etsin. Çox sağ olun, cənab Prezident.

Ulu Tanrı xanımınız Mehriban Əliyevanın da canını sağ etsin. Mehriban xanım çox gözəl işlər görür.

Siz bütün dünya dövlətlərinə sübut etdiniz ki, Azərbaycan irəli gedir. İlk Avropa Oyunları yüksək səviyyədə keçirildi. Bütün dünya gördü ki, Azərbaycan irəli gedir, daha da irəli gedəcək.

Allah Ümummilli Liderimizə rəhmət eləsin. Bütün Azərbaycan xalqı Sizinlə - Ulu Öndərin layiqli davamçısı ilə fəxr edir. Biz hər zaman Sizi dəstəkləyəcəyik.

Prezident İlham ƏLİYEV: Sağ olun. Çox şadam ki, Cəlilabad uğurla inkişaf edir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışını etdik. Oradan çıxdım, dedim çoxdandır seyrəngahda olmamışam, gedək oraya da bir baş çəkək.

Cəlilabadda çox gözəl əhval-ruhiyyə var. Rayon inkişaf edir, insanlar rahat yaşayır. Bu gün kənd yolunun açılışını etdik.

SAKİNLƏR: Çox sağ olun. Minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sosial obyektlər tikilir. Ən əsası ondan ibarətdir ki, sizin də qeyd etdiyiniz kimi, Azərbaycan irəli gedir, hamıdan da qabaqdadır.

SAKİNLƏR: Bəli, televiziyadan izləyirik, cənab Prezident, çox məmnun oluruq. Allah Sizi həmişə var eləsin.

Prezident İlham ƏLİYEV: Ölkəmizdə təhlükəsizlik, inkişaf, rahatlıq, ədalət var, sosial məsələlər həll olunur, ən əsası insanların üzü gülür.

SAKİNLƏR: Bəli. Çox minnətdarıq.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51