Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

16 fevral 2011, 14:50

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin 2010-cu il noyabrın 18-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2011-ci il.