İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib

02 sentyabr 2015, 14:20
İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi qəbul edib.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Respublikasının Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu qeyd edərək dedi: “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.

Azərbaycan Miqrasiya Xidməti ilə hazırda bir sıra təşəbbüslərin müzakirə edildiyini bildirən qonaq rəhbərlik etdiyi təşkilatın bu təşəbbüslərin həyata keçirilməsi işinə kömək göstərməsi məsələlərinə baxıldığını da bildirdi. Azərbaycanın digər sahələrdə əldə etdiyi uğurlara toxunan Uilyam Leysi Sinq dedi: “Mən, eyni zamanda, ölkənizin sosial-iqtisadi sahədə əldə etdiyi inkişaf ilə bağlı da təbriklərimi çatdırıram. Mən televiziya vasitəsilə birinci Avropa Oyunlarının keçirilməsini maraqla izlədim. Səfərim zamanı gördüyüm yeni tikilmiş stadion və idmançılar üçün inşa edilən binalar da məni valeh etdi”.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrildiyini bildirərək, birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində həyata keçirildiyini vurğuladı və ölkəmizdə artıq Formula-1 və İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarına hazırlıq işlərinin getdiyini qeyd etdi. Dövlətimizin başçısı bu cür tədbirlərin ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaratdığını bildirdi və Azərbaycanda turizmin inkişafının böyük potensiala malik olduğunu dedi.

Prezident İlham Əliyev qeyd etdi ki, bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda demoqrafik şəraitin müsbət istiqamətdə inkişaf etməsi və ölkəmizin böyük işçi qüvvəsinə malik olması nəzərə alınmaqla miqrasiya ilə bağlı məsələlər dövlətin daim diqqət mərkəzindədir.

Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52