İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

16 sentyabr 2015, 15:30
İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Feridun Sinirlioğlunu Türkiyə Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik etdi, fəaliyyətində ona uğurlar arzuladı. Feridun Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlətimizin başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, bu gün ölkələrimiz arasında elə bir sahə yoxdur ki, uğurla inkişaf etməsin. Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığının yaxşı nəticələr verdiyini deyən dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı mütəmadi olaraq aparılan müzakirələrin önəmini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını və ikitərəfli məsələlərlə bağlı müzakirələr apardığını xatırladaraq Azərbaycanın bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu dedi. Dövlətimizin başçısı Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun ölkəmizə bu səfərinin də ikitərəfli və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Feridun Sinirlioğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu dedi. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. Feridun Sinirlioğlu öz növbəsində həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarının, müxtəlif səviyyəli qurumların rəhbərlərinin ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir ənənə olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd etdi. Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin zamanında və Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirdi. O, ölkəmizə budəfəki səfəri zamanı da gördüklərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək Azərbaycanın son 23 ildə fövqəladə şəkildə inkişaf etdiyini vurğuladı. Feridun Sinirlioğlu Türkiyənin Azərbaycanı “G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına dəvətini bir daha diqqətə çatdırdı.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04