16 sentyabr 2015, 17:50

Tahir Qaraçobanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin inkişafı üçün gördüyünüz işlərə nəzər yetirdikdə insanın ürəyi açılır, qəlbi fərəh hissi ilə dolur.  Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayonumuz gündən-günə gözəlləşir, əhalinin həyat şəraiti yaxşılaşır. Pirallahı yeni məkana, müasir bir adaya çevrilib.

Möhtərəm Prezident, bütün bu işlərə görə rayon sakinləri adından Sizə təşəkkür edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Qaraçobanov Tahir.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.