17 sentyabr 2015, 11:50

Elnarə Abdullayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

"Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" 2015-ci il 14 sentyabr tarixli Sərəncamınızla "Əməkdar Artist" fəxri adı ilə təltif olunmağım mənə və ailəmə böyük sevinc hissi yaşatdı.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsis olunmuş Milli Musiqi Günü ərəfəsində verdiyiniz bu Sərəncamdan qaynaqlanan sevincimi Sizinlə bölüşür və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu fəxri adı sənətimə verilən yüksək qiymətlə yanaşı, milli sərvətimiz olan muğamımıza göstərdiyiniz diqqət kimi dəyərləndirirəm. Yaradıcılıq fəaliyyətimlə əlaqədar dünyanın bir çox ölkəsinə səfər etmişəm. Böyük fəxrlə demək istərdim ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin rəhbərliyiniz altında Azərbaycan gündən-günə inkişaf edir. Ölkəmizdə aparılan məqsədyönlü islahatlar mədəniyyət sahəsində də aşkar hiss olunur.

Möhtərəm Prezident, biz sənətkarlara göstərdiyiniz etimad, daşımağa başladığım bu fəxri ad məsuliyyətimi daha da artıracaq.

Dərin hörmətlə,

Abdullayeva Elnarə, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.