İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

17 fevral 2011, 17:10
İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzenin etimadnaməsini qəbul etmişdir.

Səfir Teymuraz Şaraşenidze fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Teymuraz Şaraşenidze etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı səfir Teymuraz Şaraşenidzenin ölkəmizdəki fəaliyyəti müddətində Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Gürcüstanın yaxın qonşu, dost və qardaş ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizi bir çox tarixi dəyərlərin birləşdirdiyini dedi. Münasibətlərimizin səviyyəsinin və dinamikasının razılıq doğurduğunu bildirən dövlətimizin başçısı bütün sahələrdə həyata keçirilən birgə təşəbbüslərin və layihələrin önəmini qeyd etdi. Qarşıdakı illərdə reallaşması nəzərdə tutulan layihələr üzərində fəal işlərin aparılacağını deyən Prezident İlham Əliyev ölkələrimizdə və regionda birgə fəaliyyət üçün yeni sahələrin müəyyənləşdiriləcəyini də bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin xalqlarımız və eləcə də regional əməkdaşlıq və təhlükəsizlik üçün önəmini qeyd etdi.

Səfir Teymuraz Şaraşenidze Azərbaycan Prezidentinə və xalqımıza olan yüksək ehtiramını dövlətimizin başçısına çatdırdı. Tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu vurğulayan gürcüstanlı diplomat ölkələrimiz arasında mövcud əlaqələrin daha da möhkəmlənməsində və dərinləşməsində səylərini əsirgəməyəcəyini dedi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10