İlham Əliyev Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib

25 oktyabr 2015, 12:55
İlham Əliyev Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Burada inşa edilmiş inzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri neft siyasətindən, həmçinin ölkəmizin neft tarixindən bəhs edən fotolar sərgilənir. 

Azərbaycan Prezidenti gələcəkdə müəssisədə istehsal ediləcək məhsulların nümunələrinə baxdı. 

“SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur. Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək. Hazırda ölkəmiz aşağı sıxlıqlı polietilen ixrac, eyni zamanda, yüksək sıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq. 

Prezident İlham Əliyev yüksək sıxlıqlı polietilen zavodunun təməlini qoydu. 

“SOCAR Polymer” şirkətinin məqsədi peşəkar mütəxəssislərdən ibarət işçi heyəti yaratmaqdır. Bu isə həmin işçilərin növbəti mərhələdə ölkədə böyük layihələrin icrasına cəlb olunmasına geniş imkanlar açır. Layihəyə ixtisaslı mütəxəssislərin cəlb edilməsi ilə yanaşı, tələbələrin də zavodlarda təcrübə qazanmalarına imkan yaradacaq. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq. “SOCAR Polymer” şirkəti layihənin ətraf mühit komponentinə də xüsusi əhəmiyyət verir. 

Dövlətimizin başçısı layihə üzrə işlərin yüksək keyfiyyətlə görülməsinə dair tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10