Ə.M.Abıyevin Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 fevral 2011, 18:20

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: 

1. Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2011-ci il.